Ebru Gündeş qərarını verdi
23 dekabr 2013 10:34 (UTC +04:00)

Ebru Gündeş qərarını verdi

Rza Zərrabın həbs olunmasından sonra “O Səs Türkiyə”də iştirak edib-etməyəcəyi müzakirə edilən tanınmış sənətçi Ebru Gündeş adıçəkilən veriliş haqda qərarını verib. Lent.az-ın “Haberturk”-ə istinadən verdiyi məlumata görə, sənətçi qeyd edib ki, bundan sonra yayımlanacaq bütün “O Ses Türkiye” proqramlarına qatılacaq. “O Ses Türkiye Yılbaşı Özel” proqramında isə iştirak etməyəcək.

 

“Yeni ildə Kiprdəki  “Nuhun gəmisi” otelində səhnəyə çıxacağam. Buradakı konsert proqramında iştirak edib-etməyəcəyim isə hələlik məlum deyil”.

 

 

Onu da qeyd edək ki, E. Gündeş konsert verməyəcəyi təqdirdə otel rəhbərliyi təzminat iddiası ilə məhkəməyə müraciət edəcək.

# 7486
avatar

Yalçın UĞUR

Oxşar yazılar