Ebru Gündəş ərindən danışdı: "İçim qan ağlayır"
24 dekabr 2013 23:22 (UTC +04:00)

Ebru Gündəş ərindən danışdı: "İçim qan ağlayır"

Dekabrın 17-də korrupsiya və rüşvətə qarşı mübarizə əməliyyatı zamanı tutulan Rza Zərrabın həyat yoldaşı tanınmış müğənnin Ebru Gündəş «O səs Türkiyə» müsabiqəsində çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

 

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, ağlaya-ağlaya o, bunları deyib: «Hər şeyin insan üçün olmasının heç kim unutmasın. Mən işimi sevə-sevə görürəm. Bunu evlənməzdən öncə də edirdim, bundan sonrada edəcəyəm. Bu qara günlərin tez keçməsini arzulayıram. Rza mənim övladımın atasıdır. Onunla sevərək ailə qurdum. Biri-birimizə yaxşı və pis gündə bir yerdə olacağımızı söz verdik. Hər gecənin bir səhəri var. İnşallah bu qara günlər tez keçər. Dostlarım məni bağışlasın. Burda olsam da ruhum burda deyil. İçim qan ağlayır. Dostlar, bu gecə yükümü azaltmağınızı xahiş edirəm».

# 3603
avatar

Oxşar yazılar