Dünyanın ən uzun ayaqlı modeli
15 yanvar 2014 05:37 (UTC +04:00)

Dünyanın ən uzun ayaqlı modeli

Britaniyalı model 120 sm-lik uzun ayaqları ilə dünyanın ən uzun ayaqlıları siyahısına başçılıq edir.

 

Lent.az-ın «FedPost.ru»-ya istinadən məlumatına görə, rusiyalı Anastasiya Straşevskaya «Uzun ayaqlı gözəl» titulunu alandan sonra 20 yaşlı model Aleksandr Robertson bu haqda dünyaya öz ayaqları haqda məlumat verməyi qərara alıb.

 

Straşevskayanın ayaqlarının uzunluğu 106 sm-dir.

 

Britaniyalı modelin boyu 185 sm-dir. O, teatr məktəbini bitirib və model işləyir.

«Bu ağılagəlməzdir. Heç ayaqlarımın uzun olduğundan xəbərsiz idim» - deyə, o, özəlliyi barəsində bildirilib.

 

Britaniyanın Bləkpul bölgəsində anadan olan A.Robertson 18 yaşından modellik karyerasını qurmağa başlayıb. Yerli gözəllik yarışlarında iştirak edərkən, model agentliklərinin diqqətini cəlb edib.

 

Onların ailəsində hündür boyluluq irsidir. Onun 33 yaşlı böyük bacısı Lorn Rikroftun  da boyu 185 sm-dir.

 

# 3026
avatar

Oxşar yazılar