Bu gün gənc müğənni Çingiz Mustafayev yeni yaratdığı “Palmas” qrupu ilə birlikdə ifa etdiyi “Səbəbim yoxdur” mahnısının klipini təqdim edib. Lent.az-ın məlumatına görə, söz və musiqisi ifaçının özünə məxsus olan “Səbəbim yoxdur” mahnısı rok janrındadır. Rejissor Əli Səttarın ekran həyatı verdiyi klipi izləyən ifaçı təəssüratlarını bölüşüb. O, Azərbaycanda rok janrına üstünlük verilmədiyini söyləyib: “Yeni yaratdığım “Palmas” qrupu təzə olsa da, şou-biznesdə iddialıdır. Qrupun artıq 9 mahnısı işıq üzü görüb. Rok janrı Azərbaycanda çox az dinlənilir. Halbuki bu musiqi başqa ölkələrdə gənclər, eləcə də orta yaşlı nəslin nümayəndələri tərəfindən çox sevilir. Ancaq biz rok janrında olan musiqini inkişaf etdirmək niyyətindəyik”.

Oxşar yazılar

İlon Maskdan Azərbaycanla bağlı PAYLAŞIM
7 avqust 2025 , 12:42
Məşhur ulduzun xəyanətinə aid yeni detallar üzə çıxdı
7 avqust 2025 , 12:19
Xalq artisti Naibə Allahverdiyeva üzgərdirmə edir? - AÇIQLAMA
7 avqust 2025 , 09:51
Cennifer Lopez İstanbulda: Məşhurlar konsertə axışdı
6 avqust 2025 , 15:58
Süni intellekt Məhəbbət Kazımova "Laçınım"ı oxutdurdu – VİDEO
6 avqust 2025 , 14:29
Tətil zamanı qəzaya düşən Selami Şahin xəstəxanaya yerləşdirildi
6 avqust 2025 , 12:47
Çimərliklərdə açıq-saçıqlıqları ilə ən çox diqqət çəkən ULDUZLAR
6 avqust 2025 , 10:35