Azərbaycanlı müğənni xəbərdarlıq etdi: “Axtarma məni”
18 yanvar 2014 18:36 (UTC +04:00)

Azərbaycanlı müğənni xəbərdarlıq etdi: “Axtarma məni”

Müğənni Niyam Səlaminin yaradıcılığından xəbər var. Lent.az-a açıqlama verən müğənnin prodüseri Rəmzi Baxışov bildirib ki,  Niyam sözləri Sərvər Şahbəyliyə, musiqisi Asif Kərimova məxsus “Axtarma məni” adlı mahnı ifa edib. Prodüserin sözlərinə görə, müğənni xeyli müddətdir ki, bu mahnını ifa etmək niyyətində imiş: “Əvvəla ona deyim ki, Niyam Səlami yeni mövsümdən bir çox yeniliklərə imza atmaq niyyətindədir. Yaradıcı planlarımız çoxdur. İş tam hazır olduqdan sonra mətbuata təqdim  edəcəyik. Hazırda isə onun yeni ifa etdiyim “Axtarma məni” adlı mahnı dinləyicilərin ixtiyarına verilib. Düşünürəm ki, Niyam bu mahnıya ifası ilə yeni rəng qatıb”. 

# 1905
avatar

Oxşar yazılar