Azərbaycanlı müğənni xaricdə münsif olacaq
06 sentyabr 2013 12:22 (UTC +04:00)

Azərbaycanlı müğənni xaricdə münsif olacaq

Roza Zərgərli beynəlxalq festivalda münsif olacaq.


Lent.az-ın məlumatına görə, söhbət etnik, folklor vokal sənəti festivalı olan “Vostocnıy Bazardan” gedir.

Festivalın açılışı bu gün Krımda baş tutacaq. Azərbaycanı festivalda gənc vokalçı Aqşin Abdullayev təmsil edəcək.


Qeyd edək ki, Roza Zərgərlinin artıq münsif təcrübəsi var. O bu il Türkiyədə TÜRKSOY-un təşkilatcılığı ilə baş tutan "Silifke Musiqi Haftası” beynəlxalq festivalında münsif qismində çıxış edib.

 

 

 

# 952
avatar

Yalçın UĞUR

Oxşar yazılar