Azərbaycanlı müğənni Orxan Gəncəbayı klipinə çəkir
10 sentyabr 2013 10:15 (UTC +04:00)

Azərbaycanlı müğənni Orxan Gəncəbayı klipinə çəkir

Müğənni Orxan Babazadə Türkiyənin sənət babası hesab edilən Orxan Gəncəbayın bəstəsi olan “Şimdi aşk zamanı” mahnısına Türkiyədə klip çəkdirmək niyyətindədir. Bu barədə Lent.az-a ifaçı özü bildirib.

“Türkiyənin tanınmış müğənnisi Orxan Gəncəbayın “Şimdi aşk zamanı” bəstəsini ifa etdikdən sonra düşündüm ki, artıq klip çəkdirmək zamanıdır. Özü ilə telefonla əlaqə saxladım. Klipimə çəkilməyə razılıq verdi. Yaxın günlərdə klip çəkilişləri və onunla yenidən görüşmək üçün İstanbula yollanıraam”.

# 1301
avatar

Yalçın UĞUR

Oxşar yazılar