Azərbaycanlı müğənni ana oldu – EKSKLÜZİV
13 yanvar 2014 11:08 (UTC +04:00)

Azərbaycanlı müğənni ana oldu – EKSKLÜZİV

İkinci dəfə ailə quran azərbaycanlı müğənni Sevinc Ağaşirinova ana olub. Bu barədə Lent.az-a ifaçının rəfiqəsi məlumat verib.  Lent.az-ın əməkdaşı S.Ağaşirinova ilə əlaqə saxlayıb. O, isə yeni doğulmuş körpəsi haqda bunları deyib: “Hazırda özümü tam yaxşı  hiss etməsəm də övladım dünyaya gəldiyinə görə çox sevinirəm.  Allah hər kəsə bu xoş günü nəsib etsin. Uşaq təzə olub deyə ad qoymamışıq. Hələ ad fikirləşirik, adı yəqin yaxınlarda bəlli olacaq”.

 

Xatırladaq ki, özəl klinikaların birində doğuş əməliyyatı keçirən Sevincin oğlu olub. Uşağın çəkisi isə 3 kilo 300 qramdır.

 

Qeyd edək ki, S. Ağaşirinova bir neçə il öncə ailə qursa da boşanıb. İkinci dəfə ailə qurduğu şəxs uzaq qohumudur.

# 4156
avatar

Yalçın UĞUR

Oxşar yazılar