Azərbaycanlı müğənni “Manga” ilə ilk məşqini etdi
15 yanvar 2014 11:56 (UTC +04:00)

Azərbaycanlı müğənni “Manga” ilə ilk məşqini etdi

Vokal ifaçısı Lətifə Soyuöz Türkiyənin məşhur “Manga” qrupu ilə duet oxumağa hazırlaşır. Lent.az-ın verdiyi məlumata görə, müğənni qrup üzvləri ilə görüşmək üçün bir neçə gün öncə qardaş ölkəyə yollanıb. Ailə üzvləri ilə yanaşı o, yaxın dostu bəstəkar Günel Sərdarqızını da özü ilə aparıb.

Dünən “Manga” ilə  səsyazma studiyasında görüşən Lətifə deyib ki, layihənin bəzi detalları artıq bəllidir. Hansı mahnını oxuyacaqlarına hələ qərar verilməsə də bir neçə versiya nəzərdə tutulub: “Dünən qrup üzvləri ilə bir neçə mahnını məşqi etdik. Hələ ki, seçim etməklə məşğuluq. Ancaq bir qərara gəlmək üçün vaxt lazımdır. Biz həm “Manga”nın, həm də Günel Sərdarqızının yazdığı mahnıları oxuduq və dinlədik. Hansı daha maraqlı olsa onu da üzə çıxaracağıq. Hələ bir neçə həftə məşq etməyi planlaşdırırıq. İstəyirəm ki, o biri işlərim kimi bu da keyfiyyətli olsun. Bunun üçün də çoxlu çalışmaq lazımdır. Məsuliyyətli yanaşmasaydım çoxdan seçim etmişdim. Ancaq mən daima yaxşı işlər ərsəyə gətirəcəyimə söz vermişəm. Bütün hallarda bu layihənin çox uğurlu olacağına inanıram”.

Lətifə onu da qeyd edib ki, qrupla bağlı bir neçə sürpriz də gözlənilir: “Bəzi yeni qərarlar var ki, yaxında onu da açıqlayacağıq. Ancaq hələ tələsib danışmaq istəmirəm. Xeyir olacaq, Allah qoysa”.

# 1119

Oxşar yazılar