Xalq artisti Aygün Kazımova iyunun 18-i Nabranda yerləşən istirahət məkanların birində konsert verəcək. Lent.az-ın məlumatına görə, xalq artisti həmin gün sevilən mahnıları ilə yanaşı, yeni bəstələr də ifa edəcəyini bildirib. Müğənni artıq konsertin hazırlıqlarına başladığını da vurğulayıb.
Qeyd edək ki, saat 21:00-da başlayacaq olan konsertdə A.Kazımovanı 10 rəqqas müşayiət edəcək. Gecəyə eyni zamanda dj Roşka da qatılacaq. Konsertə biletin qiyməti 55 AZN, (yemək servisi daxil) 105 AZN-dir.