Aygün Kazımova bu oğlanı Bakıya gətirir
14 sentyabr 2013 11:31 (UTC +04:00)

Aygün Kazımova bu oğlanı Bakıya gətirir

Hazırda İstanbulda səfərdə olan xalq artisti Aygün Kazımova sentyabr ayının 15-də Bakıya dönəcək. Bu dəfə o tək deyil, məşhur türk müğənnisi və onun duet ortağı Sinan Akçılla birgə gələcək. Hər iki məşhur Bakıda bir neçə verilişdə iştirak edəcək. Səbəb isə onların yeni bir duet ifa etməsidir. Xalq artistinin İstanbula səfəri də elə bununla əlaqədardır.

Qeyd edək ki, sentyabr ayının 16-da “Gün keçir” verilişində və 106.3 FM-də yayımlanan “Muleyli” radio şousunda Aygün Kazımova və Sinan Akçıl yeni layihələri ilə qonaq olacaqlar. 

Xalq artisti həmin gün sevənlərini sürpriz gözlədiyini söyləyib. 

 

Show.az

 

# 2362
avatar

Oxşar yazılar