Avropanı fəth edən azərbaycanlı
10 iyul 2013 12:34 (UTC +04:00)

Avropanı fəth edən azərbaycanlı

Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilmiş “Golden Sparkles European Music”  festivalı başa çatıb. Lent. az-ın məlumatına görə, müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edib. O, müsabiqədə Məryəm Əlibəylinin "Oxuyaq nəğmələri"  mahnısını ifa edib. Onun çıxışı uğurlu olub. Belə ki, o, iki nominasiyada mükafatlandırılıb.  " Ən yaxşı xit" və "Ən perspektivli ifaçı" mükafatlarını qazanıb.

 

 

 

Festivalda Azərbaycanı münsiflər heyətində təmsil edən prodüser Hüseyn Cavadzadə səfər təəssüratlarını Lent. az-la bölüşüb: “ Mən əvvəldən Selcanın uğuruna inanırdım. Festivalda Bolqarıstan, İtaliya, Rusiya, Almaniya, Ukrayna, Ermənistan və s. ölkələrdən çox istedadlı və səhnə təcrübəsi olan uşaqlar çıxış etdilər. Ancaq bizim təmsilçimiz onlardan kiçik idi. Amma bu, ona səhnədə həm münsiflərin həm də tamaşaçıların rəğbətini qazanmağa mane olmadı. Biz bu istedadlı qıza köməyimizi əsirgəməyəcəyik. Uğurları davamlı olsun ”.

 

 

Qeyd edə ki Selcan Müseyibova 3 yaşından səhnədədir və eyni zamanda “Cücələrim” uşaq qrupunun solistidir. 

# 2477
avatar

Yalçın UĞUR

Oxşar yazılar