Sevdanın ölüm xəbəri yayıldı
04 dekabr 2014 17:48 (UTC +04:00)

Sevdanın ölüm xəbəri yayıldı

Bu gün sosial şəbəkələrdə rəqqasə-müğənni Sevda Sanəliyevanın ölüm xəbəri yayılıb. Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. İfaçı yazılanları şaiyə adlandırıb: “Mən ana olmağa hazırlaşıram. Ölüm xəbərimi yaymaq nə qədər düzgündür? Səhərdən telefonum dayanmır. Zəng edib deyirlər ki, “Sevda, belə bir xəbər eşitmişik”. Amma başa düşə bilmirəm ki, barəmdə bu cür şaiyə yaymaqla nə əldə etmək istəyirlər. Çox stress keçirdim. Həmin adamlara demək istəyirəm ki, “Ayıb olsun”. Kim mənə nə arzu edirsə, Allah özlərinə nəsib etsin”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319

Oxşar yazılar