Ali Məhkəmə Arizonada abortun yasaqlamasına baxmadı
14 yanvar 2014 07:30 (UTC +04:00)

Ali Məhkəmə Arizonada abortun yasaqlamasına baxmadı

ABŞ-ın Arizona ştatının hakimiyyəti 20 həftəlik hamiləlikdən sonra abortu qadağan edilməsi haqda qərarın qəbuluna nail ola bilməyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ABŞ-ın Ali məhkəməsi aşağı instansiyalı məhkəmənin şikayətinə baxmaqdan imtina edərək, abortu məhdudlaşdırılmasının ölkə Ana Yasasına zidd sayıb.

 

Arizona abort haqda qanunu 2012-ci ildə qəbul edib. Hamiləliyin dayandırılmasının məhdudlaşdırılması ilə bağlı oxşar qanun 9 ştatda qəbul olunub.

 

Ötən ilin yayında Texas ştatında 20 həftədən sonra abortun yasaqlanması ilə bağlı qanuna səs verib.

 

Qadınlara abortla bağlı Ana Yasa  haqqı  1973-cü ildə verilib. 

# 726
avatar

Oxşar yazılar