«Facebook»-u üç milyon yeniyetmə tərk edib
17 yanvar 2014 05:18 (UTC +04:00)

«Facebook»-u üç milyon yeniyetmə tərk edib

Son üç ildə ABŞ-da üç milyon yeniyetmə «Facebook» sosial şəbəkəsini tərk edib.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «iStrategyLabs»-in araşdırmasında bildirib.

 

Mütəxəssislər qeyd edib ki, 2011 - 2014-cü illərdə 13-17 yaş arasında  «Facebook» istifadəçilərinin sayı 25,3 faiz azalıb.

 

Həmin dövrdə 55 və ondan yuxarı yaşda olan istifadəçilərin sayı 80,4 faiz artıb.

 

 

ABŞ üzrə bu sosial şəbəkədən ən çox San-Fransiskoda (148,6 faiz), ən az isə Hyüstonda (23,4 faiz) istifadə edildiyi müşahidə olunub.

# 1217
avatar

Oxşar yazılar