“Zorik” ad günündə başına tac qoydu
26 dekabr 2013 11:11 (UTC +04:00)

“Zorik” ad günündə başına tac qoydu

Ötən gün paytaxt məkanlarının birində rejissor “Zorik” (Zöhrab Ağayev) 29 yaşını qeyd edib. Lent.az-ın məlumatına görə, “Zorik” doğum günündə başına tac taxaraq çıxıb. Onu təbrik etmək üçün mərasimə əməkdar artist Nüşabə Ələsgərli, müğənnilər Rəqsanə İsmayılova, Xatirə İslam, Səidə Sultan, Natəvan Həbibi, Sevil və Sevinc (S-Twins qrupu) və digər dostları qatılıb. Gecə saatlarına qədər davam edən ziyafətdə “Zorik”ə bir çox hədiyyələr bəxş ediblər. Məclisin sonunda “Zorik” özü üçün təşkil etdiyi “Nömrə-1” tortunu kəsərək, özünün rejissorluqda “Nömrə-1” olduğunu bəyan edib.

# 2443
avatar

Oxşar yazılar