«Avroviziya-2014»-dən imtina edənlərin sayı 12 oldu
07 yanvar 2014 01:15 (UTC +04:00)

 «Avroviziya-2014»-dən imtina edənlərin sayı 12 oldu

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində «Avroviziya-2014» mahnı yarışması keçiriləcək.

 

Lent.az-ın «Novaya qazeta»-ya istinadən məlumatına görə, indiyə kimi 12 dövlət bu yarışmada iştirakdan imtina edib. Ötən gün Bolqarıstan, Bosniya və Hersoqovina, Serbiya və Kiprin yunan hissəsi canlı efirdən maliyyə vəsaiti olmadığı üçün müsabiqəyə qatılmayacaqlarını bildiriblər.

 

Monako, Xorvatiya, Andorra, Slovakiya, Lüksemburq, eləcə də Mərakeş imtinanın səbəbini açıqlamasa da, Çexiya bildirib ki, vətəndaşlarının bu yarışmaya marağı yoxdur və bunu TV reytinqi də təsdiqləyir.

 

Xatırladaq ki, Türkiyə bu müsabiqədən imtina edərək, «Türkviziya» yarışması keçirir.

# 2400
avatar

Oxşar yazılar