Xalq artisti Faiq Ağayev “Gəl, səni xoşbəxt eləyim” adlı yeni mahnı ifa edib. Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, ifa etdiyi yeni bəstənin sözləri Altay Yaşara, musiqisi Fərid Kərimliyə, aranjemanı isə Givi Usenaşviliyə məxsusdur: “Bu mənim bəstəkar Fərid Kərimli ilə ilk işimdir. Bu bəstəni bir il öncə mənə təhvil verdi, çox xoşuma gəldi. Artıq mahnı üçün hazırladığımız video-çarxı bu gün təqdim edirik. Bəstənin tam hazır versiyası isə yaxın günlərdə 106.3 radiosunda səslənəcək. Ümidvaram ki, ifa etdiyim bu mahnı ürəyində sevgi daşıyan hər bir kəsin xoşuna gələcək”.