“Trouble” ləqəbi ilə tanınan 34 yaşlı amerikalı reper Mariel Semonte öldürülüb.
Lent.az xəbər verir ki, bu barədə “Variety” saytı məlumat yayıb.
Məlumata görə, musiqiçi dünən axşam küçələrin birində baş vermiş dəhşətli atışmada öldürülüb.
Qeyd edək ki, reper hadisədən bir gün əvvəl “Twitter” hesabında Atlanta küçələrində daha ehtiyatlı olacağını yazıb.