Tanınmış model intihar etdi
24 iyun 2022 10:13 (UTC +04:00)

Tanınmış model intihar etdi

Amerikalı tanınmış model Nays Vaidhofer intihar edib. 

Lent.az xəbər verir ki, bu barədə “The Sun”a onun yaxınları məlumat verib.

31 yaşlı gənc model intihar etməzdən əvvəl “Instagram” səhifəsindən bütün şəkillərini silib. 

Ailə üzvlərinin sözlərinə görə, Nays həmişə psixi sağlamlıq problemlərinin olduğunu və çətin günlərdən keçdiyini abunəçiləri ilə paylaşıb.  

Gənc modelin xatirəsinə həsr olunmuş psixi sağlamlıq haqqında və ruhi xəstəliklərlə bağlı araşdırmalar üzrə yardım təşkilatı yaradılacaq.


 

# 3045
avatar

Sevinc Fərid

Oxşar yazılar