Selena keçmiş sevgilisinin arvadını parodiya etdi –  ÜZR İSTƏDİ  - VİDEO
12 may 2022 17:20 (UTC +04:00)

Selena keçmiş sevgilisinin arvadını parodiya etdi – ÜZR İSTƏDİ - VİDEO

Məşhur müğənni, aktrisa Selena Qomez paylaşdığı “TikTok” videosu bir xeyli müzakirələrə səbəb oldu.

Lent.az xəbər verir ki, izləyiciləri ifaçını keçmiş sevgilisi Castin Biberin həyat yoldaşı, model Heyli Biberi parodiya etməkdə günahlandırıb. 

Belə ki, Selenanın mimika və jestlər etməsi, göz süzməsi onu ələ salması kimi qiymətləndirilib. 

Bundan sonra üzr istəyən Qomez videonu siləcəyini bildirib və belə bir şərh yazıb:

“Dəqiq nəyi səhv etdiyim barədə heç bir fikrim yoxdur, amma buna görə üzr istəyirəm. Pis niyyətim yox idi. Video tezliklə silinəcək”.

Qeyd edək ki, Heyli ilə Castin evlənəndən sonra model dəfələrlə onun keçmiş sevgilisi Selena Qomezə görə tənqidlərlə üzləşməli olub.


 

Selena Heylini parodiya edir

# 2271
avatar

Nigar Namiq

Oxşar yazılar