Selda Bağcan müğənnilərə SÖZ ATDI:  "Kimsə açıq geyinməzdi..."
01 noyabr 2022 13:35 (UTC +04:00)

Selda Bağcan müğənnilərə SÖZ ATDI: "Kimsə açıq geyinməzdi..."

Türkiyənin məşhur müğənnisi Selda Bağcan müğənnilərin bostanına daş atacaq sözlər söyləyib.

Lent.az-ın məlumatına görə, ifaçı jurnalistlərə açıqlamasında deyib ki, heç vaxt açıq-saçıq geyinməyib:

"Mən adət-ənənəmizi hər şəkildə qoruyan biriyəm. Səhnə paltarlarım da heç açıq-saçıq olmadı. Onsuz da bizim vaxtımızda kimsə açıq geyinə bilməzdi. Bir tək rəqqasələrin göbəyi açıq olardı. Səhnədə göbəyi açıq geyinmək bizə Qərbdən gəldi".

Onun bu fikirlərinə sosial şəbəkələrdə xeyli reaksiya gəlib.

Qeyd edək ki, kimisi onun bu sözlərinin Gülşənə, Ajda Pekkana, Hande Yenerə və başqa müğənnilərə qarşı olduğunu düşünüb onu tənqid edib. Bəziləri isə onu dəstəkləyib.

# 2694
avatar

Nigar Namiq

Oxşar yazılar