Seda Sayan ərinin soyadını niyə sildi?
21 iyun 2022 11:49 (UTC +04:00)

Seda Sayan ərinin soyadını niyə sildi?

Seda Sayan ərinin soyadını niyə sildi? – ÖZÜ DANIŞDI

Türkiyənin məşhur müğənnisi və aparıcı Seda Sayan ötən günlərin birində həyat yoldaşı Çağlar Öktenin soyadını sildirmək, öz qızlıq soyadını götürmək üçün məhkəməyə müraciət etmişdi. 

Lent.az xəbər verir ki, ifaçı iyunun 20-də bu barədə tədbirlərin birində ilk dəfə açıqlama verib. O, deyib ki, ərimlə aramızda dava ola bilməz:

“Onun soyadını götürməyim üçün bir çox sənəddə dəyişiklik edilməsi lazımdır. Bunlarla məşğul olacaq zamanım yoxdur. Adam mənim həyatımdadır, aramızda söz-söhbət ola da bilməz. Qurban olaram onun soyadına...”.

Qeyd edək ki, 7-ci dəfə evlənən Seda Sayan aprel ayında müğənni Çağlar Öktenlə nikah masasına əyləşmişdi.
 

# 2157
avatar

Nigar Namiq

Oxşar yazılar