Xalq artisti Brilliant Dadaşova özünə qarşı olan münasibətlərdən gileylənib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb: "Hələ anlaya bilmədinsə saxtakarları, günah özündədir. Qınama riyakarları...
Nişan alıb yüksək hədəfi onların fırıldaq vücudları. Mənəvi dəyərlər? Əzib keçərlər, anlamaz başları, zəif yaddaşları. Boş ver cinsi məfrağları. İstisna yox, məqsədə varmaq üçün hər kəsi tapdalayıb keçər ayaqları".