"Qadınlara məndən çox maraq var, niyə?" - Əlikram Bayramov  - VİDEO
19 mart 2022 11:22 (UTC +04:00)

"Qadınlara məndən çox maraq var, niyə?" - Əlikram Bayramov - VİDEO

“Azərbaycan şou-biznesində daha çox xanımlara maraq var”.

Bu sözləri Lent.az-ın canlı yayımında qonaq olan müğənni Əlikram Bayramov deyib.

İfaçı bildirib ki, sənətinə diqqət yoxdur:

“Bir xanımla toya gedirəm, insanlar onun başına necə yığılır. Xüsusi ilə də kişilər. Bu yaxınlarda da Niyaməddin Musayevdən də soruşdum ki, sənətkar, sizin vaxtınızda da qadın müğənniyə daha çox önəm veriblər? Dedi ki, hə. Əvvəldən belə olub, axıra qədər də belə olacaq. Azərbaycan şou-biznesində kişilərə maraq 1%-dir. Bir qızla mahnı oxudum, mahnıya baxış çox oldu. Amma özüm tək oxuyanda o qədər baxış olmadı. Biz sadəcə vizual görüntüyə qiymət veririk. İndi sənətə qiymət verən çox az adam var. Bir sözlə kişi müğənnilərə diqqət, maraq azdır. Bilmirəm xaricdə də belədirmi?” 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4518
avatar

Yalçın UĞUR

Oxşar yazılar