Partlayışda yaralanan Aysel Şükürova reanimasiyadadır -VİDEO  -YENİLƏNİB
05 aprel 2022 12:51 (UTC +04:00)

Partlayışda yaralanan Aysel Şükürova reanimasiyadadır -VİDEO -YENİLƏNİB

Aprelin 3-də Bakıda partlayış olan "Location" gecə klubunda xəsarət alanlardan bloger Aysel Şükürova əməliyyat olunub.

Lent.az xəbər verir ki, bu barədə onun bloger dostu Raul instaqramda paylaşım edib.

O qeyd edib ki, Aysel əməliyyat olunub və hazırda reanimasiyadadır.

 

***

09:50

 

Bakıda gecə klubunda baş verən partlayışda yaralanan bloqer Aysel Şükürovanın yeni görüntüsü sosial şəbəkədə yayılıb. Lent.az-ın məlumatına görə, bu barədə Ayselin ad gününə getdiyi Raul sosial şəbəkədəki səhifəsində paylaşım edib. 


Qeyd edək ki, hadisə 3 apreldə Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib, üç nəfər həbs edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14922
avatar

Yalçın UĞUR

Oxşar yazılar