Partlayışda azərbaycanlı müğənni də yaralanıb
04 aprel 2022 10:19 (UTC +04:00)

Partlayışda azərbaycanlı müğənni də yaralanıb

Bakıda "Location" adlı gecə klubunda güclü partlayışda müğənni Nicat Məhərrəmov da xəsarət alıb.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində paylaşım edib:  

"Baş verən partlayış sadəcə bir kabus idi. İnsanların çarəsizliyi, o partlayışın səsi, ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək. Bütün yaralı olan dostlarıma Allahdan şəfa diləyirəm. Məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya gəlib, yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın".
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4143
avatar

Yalçın UĞUR

Oxşar yazılar