Türkiyəli məşhur müğənni Özcan Deniz məhkəmədə ifadə verib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərə açıqlama verən Deniz deyib: "Tamamilə zərərçəkmiş mövqeyindəyəm, buradan sağlam bir şəkildə çıxmağı tələb edirəm”.
Özcan Deniz haqqında, Sarıyer Uskumruköydə sit alanı içərisində yerləşən torpaq sahəsindəki 3 villada icazəsiz hovuzların, əlavə qapalı sahələrin və qaraj hissələrinin yaşayış yerlərinə çevrildiyinin müəyyən edilməsi nəticəsində "İmar kirliliyinə səbəb olma" və "Mədəni Təbiət Varlıqlarını Qoruma Qanununa zidd hərəkət etmə" ittihamları ilə istintaq başlanıb. Bu gün ifadə verən Deniz, məsələ ilə bağlı heç bir əlaqəsinin olmadığını və yalnız istifadə hüququna malik olduğunu bildirib.
"Mənimlə əlaqəsi yoxdur, sadəcə istifadə haqqım var. Mən nə inşaat sahibiyəm, nə də inşaatı həyata keçirənəm. Mən yalnız istifadə haqqına malik biriyəm, yəni sadəcə istifadəyə icazəm var.
Tikintinin icazəyə uyğun olmadığını ancaq bələdiyyənin xəbərdarlığından sonra öyrəndim. Biz Deniz Filmə bildiriş göndərdik ki, bu problemləri həll etsinlər. Lakin heç bir cavab gəlmədi. Daha sonra bələdiyyəyə müraciət etdik və dedik ki, biz qanuni yollarla bu tikintinin düzəldilməsini istəyirik. Lakin mən torpağın sahibi deyiləm, sadəcə istifadə hüququm var".