Özcan Dəniz Azərbaycanda:  "Bakıya gəlməyi uzun zamandı gözləyirdik"-VİDEO
28 fevral 2025 22:17 (UTC +04:00)

Özcan Dəniz Azərbaycanda: "Bakıya gəlməyi uzun zamandı gözləyirdik"-VİDEO

Səhnə çox əcaib yerdi, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır. 

Lent.az xəbər verir ki, Özcan Dəniz bunu Eyyub Hüseynzadə və təsisçisi olduğu “Anadolu Events”in təşkilatçılığı ilə Bakıda təşkil olunan konsert proqramı zamanı deyib.

“Səhnə həkimlərin sağaltmadığını sağaldır. Ürək infarktı keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandı gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər, verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım”, - tanınmış müğənni əlavə edib.

 
Xatırladaq ki, Özcan Dənizin Bakı Konqres Mərkəzində keçirilən konsertinə biletlər, cəmi, 15 gün ərzində bitib.

Qeyd edək ki, Eyyub Hüseynzadənin  təşəbbüsü ilə “Anadolu Events” indiyə qədər Bakıda Mahsun Kırmızıgül, Sıla, Teoman, Yalın, Aslı Güngör, Kolpa, Ferhat Göçerin konsertlərini təşkil edib. Konsertlərin hər biri anşlaqla yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar