Övladını itirən məşhurdan ürəkdağlayan SÖZLƏR:  "Mənim mələk oğlum..."
20 sentyabr 2022 16:43 (UTC +04:00)

Övladını itirən məşhurdan ürəkdağlayan SÖZLƏR: "Mənim mələk oğlum..."

Məşhur məşqçi, “Galatasaray”lıların sevimlisi Fatih Terimin qızı Merve Terim sosial şəbəkədə diqqətçəkən paylaşım edib. 

Lent.az xəbər verir ki, o, üzünü belə görə bilmədiyi oğlu üçün duyğulandırıcı yazı paylaşıb:

“Keçən il bu gün həyatımın ən bərbad günlərindən biri idi. Yaşadığım fiziki ağrı ilə yanaşı, ürəyimdə bəlkə də heç örtülməyəcək bir yara açıldı o axşam. 

Hələ də öhdəsindən gəlmədiyim itkini bəzən, hamilə biri görəndə, bəzən, bir-birilərinə sımsıx sarılan qardaş və bacı görəndə, bəzən də xəstəxanada yeni ana olmuş biri ilə rastlaşdığımda çox ağrayır qəlbim... Amma əvvəlki kimi həyatı ciddiyə ala bilmirəm artıq. Əslində, həyat dəyərini fərq etmədiyimiz hər nəfəsdir.

Yaşın deyil, yaşadıqların sənə bu həyatı öyrədir. Yorula-yorula gəzib, qırıla-qırıla böyüyürük hamımız...

Yazmaq yaxşı gəlir: halına şükür etmək, əlindəkilərin qiymətini bilmək, səndən daha da ağır hekayələri olanlara da empati edə bilmək. Sətirlər daim dərman kimidir.

Bir az vicdan, bir az bahar, bir az yağış, bir az xəyal, bir az kitab, çoxlu ümid hamımıza yaxşı gəlir. 

Səni heç görməsəm də, sənə heç qovuşmasam da, xəyalın həmişə gözümün önündədir. Mənim mələk oğlum, yuxarıda bir yerlərdə bir gün görüşmək ümidilə...”

Qeyd edək ki, keçən il ikinci dəfə ana olacağını deyən Merve Terim körpəsini itirdiyini açıqlamışdı. 



 

# 3273
avatar

Nigar Namiq

Oxşar yazılar

Alp Hazalla  SEVİŞİR?

Alp Hazalla SEVİŞİR?

29 noyabr 2022 , 15:59
Vəfa Şərifova və Türkan Vəlizadə

Türkan Vəfadan mahnı oğurlayıb?: "Hamiləliyimdən istifadə etdi" - VİDEO

29 noyabr 2022 , 13:11
Əməkdar artist müzakirəyə səbəb olan görüntülərindən DANIŞDI  - VİDEO  - YENİLƏNİB

Əməkdar artist müzakirəyə səbəb olan görüntülərindən DANIŞDI - VİDEO - YENİLƏNİB

29 noyabr 2022 , 11:08
Müğənni Xatunun oğlunun toyudur - VİDEO

Müğənni Xatunun oğlunun toyudur - VİDEO

28 noyabr 2022 , 22:26
Boşanırlar?

Boşanırlar?

28 noyabr 2022 , 19:17
Aysunla əri BARIŞDI -  FOTO

Aysunla əri BARIŞDI - FOTO

28 noyabr 2022 , 15:19
"Anam sağ olsaydı, mən bu sənətdə... "  - Əməkdar artist - VİDEO

"Anam sağ olsaydı, mən bu sənətdə... " - Əməkdar artist - VİDEO

28 noyabr 2022 , 14:31
Aybəniz Haşımovadan səhhəti ilə bağlı AÇIQLAMA

Aybəniz Haşımovadan səhhəti ilə bağlı AÇIQLAMA

28 noyabr 2022 , 13:29