"Onları tanıdan Səməd olub, danmaq olmaz" - QALMAQAL  - VİDEO
05 aprel 2022 09:23 (UTC +04:00)

"Onları tanıdan Səməd olub, danmaq olmaz" - QALMAQAL - VİDEO

Əməkdar artist Ruhəngiz Musəvi qalmaqala səbəb olacaq açıqlama verib. 
Lent.az xəbər verir ki, müğənni mərhum Xalq artisti Səməd Səmədovla duet oxuyan həmkarlarına söz atıb: “Ümumiyyətlə, bu sözü hər zaman demişəm. Səməd Səmədov bir çoxlarına çörək verib, dəstək olub. İstər musiqiçi, istər müğənni olsun. Adlarını çəkməyəcəm. Hər xanım müğənnilərin özünəməxsus ifa tərzləri olub. Amma onları tanıdan kim olub? Səməd Səmədov. Bunu danmaq olmaz. Məni sənətə kim gətiribsə, hər zaman müsahibələrimdə demişəm". 

Qeyd edək ki, bu günə qədər Səməd Səmədovla Xalq artisti Flora Kərimova, Əməkdar artistlər Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, müğənni Sevda Əliqızı, “Qismət qrupu” duet oxuyub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4434
avatar

Yalçın UĞUR

Oxşar yazılar