Hollivud ulduzu Nikol Kidman seks səhnələrinə görə çəkildiyi “Balaca” filminə baxmaqdan qorxduğunu deyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktrisa etiraf edib ki, həddindən artıq açıq-saçıq seks səhnələri onu utandırıb.
“Əvvəllər açıq-saçıq səhnələrin olduğu filmlərdə rol almışam, amma bu qədər yox. İzləyicilər adətən ev videolarında nələrin gizləndiyini görəcəklər. Onu izləməyə cəsarətim olduğuna əmin deyiləm” , - Kidman bildirib.
O, seks səhnələrini çəkərkən aktrisa və qadın kimi özünü çox zəif hiss etdiyini də vurğulayıb.