Namiq Qaraçuxurlu qızından danışdı: "Üzümü ağ elə"  - VİDEO
06 aprel 2022 09:36 (UTC +04:00)

Namiq Qaraçuxurlu qızından danışdı: "Üzümü ağ elə" - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu ikinci evliliyindən olan qızı Sara barədə danışıb. 
Lent.az-ın məlumatına görə, ifaçı “Söz baz”da qızına etiraflar edib:

“Qızım Sara ilə nəfəs alıram. Özümdən gözləmirdim ki, belə olaram. Övladlarını həddindən artıq əzizləyən insanlardan xoşum gəlmir. Valideynlərimin yanında qızımı əzizləmərəm. Qızım Sara, mən sənə xoş sözləri hər zaman deyirəm. Sənlə bağlı arzularım çoxdur. Azərbaycan dilini mükəmməl öyrən. Üzümü ağ elə. Gələcəkdə atana və anana layiqli övlad ol. Xoşbəxt ol, hər zaman mədəniyyətin yüksək səviyyədə olsun”.

Qeyd edək ki, ifaçının  ilk evliliyindən iki oğlu var. O bu barədə heç vaxt danışmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5559
avatar

Yalçın UĞUR

Oxşar yazılar