Meyxanaçı Ağakərimin (Kərim Novruzov)
06 may 2021 10:47 (UTC +04:00)

Meyxanaçı Ağakərimin (Kərim Novruzov)

Meyxanaçının səhhəti pisləşdi - Həkimlərin edə biləcəyi heç nə yoxdur

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.

Lent.az-a açıqlama verən meyxanaçının oğlu bildirib ki, atasının vəziyyəti yaxşı deyil:

“Atamın səhhətinə yaxşı demək olmaz. Həkimlər müalicə yazıblar. Deyiblər ki, ev şəraitində müalicələrini davam etdirsin. Həkimlərin fikrincə, xəstəxanada edə biləcəkləri nəsə yoxdur. Sadəcə, ev şəraitində müalicəsi davam etdirilməlidir. Çox bədbinləşib. Danışdırmasan, danışmaz”. 

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9120
avatar

Yalçın UĞUR

Oxşar yazılar