Amerikalı reper Kanye Uestin həyat yoldaşı, dizayner Byanka Senzori Los-Ancelesdə küçədə çılpaq döşlərini nümayiş etdirdiyinə görə həbs oluna bilər.
Lent.az-ın xəbərinə görə, bu barədə “Daily Mail” yazır.
Məlum olub ki, sənətçinin 29 yaşlı həyat yoldaşı ictimaiyyət qarşısına çəhrayı qısa tuman və şəffaf köynəkdə çıxıb. O, büstqalterdən istifadə etməyib.
Bununla bağlı jurnalistlərin fikrincə, Senzori ictimai yerdə qəsdən çılpaq gəzdiyinə görə 6 ay həbs cəzası və ya min dollar məbləğində cərimə ilə üzləşə bilər. Bundan əlavə, Kaliforniya Cinayət Məcəlləsinə əsasən, məşhur 10 il müddətinə cinsi cinayətkarların reyestrinə yerləşdirilə bilər.