Məşhur müğənni  qəza keçirdi: SEVGİLİSİ  öldü – FOTO
14 dekabr 2021 09:32 (UTC +04:00)

Məşhur müğənni qəza keçirdi: SEVGİLİSİ öldü – FOTO

Bir zamanlar məşhur “Hepsi” qrupunun üzvlərindən olan müğənni Gülçin Ergül və sevgilisi Erdal Şeyda Lafçı avtomobil qəzası keçirib. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iş adamı Erdal Şeyda Lafçı hadisə yerində həyatını itirib. Gülçin Ergül isə yüngül xəsarət alıb. Xəstəxanaya yerləşdirilən müğənninin vəziyyətinin yaxşı olduğu bildirilir. 

Qəzaya səbəb Şeyda Lafçının  idarə etdiyi avtomobilin yük maşını ilə toqquşması olub. 

Xatırladaq ki, cütlük 6 ildən çoxdur ki, birlikdədilər. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6504

Oxşar yazılar