Məşhur amerikalı müğənni və aktrisa Oliviya Rodriqo son konserti zamanı səhnədə açıq lyukun içinə düşüb.
Lent.az-ın xəbərinə görə, hadisə Avstraliyanın Melburn şəhərində baş verib. Müğənninin yıxıldığı anlar internetdə yayılıb. O, yıxıldıqdan sonra çıxışına davam edib.
Ulduz xəsarət almadığı üçün qastrol səfərini davam etdirəcəyini deyib.
Görünür, müğənni xəsarət almayıb və konsertini davam etdirə bilib.