Məşhur aktyor dinini dəyişdi - İddialara cavab
30 may 2023 11:41 (UTC +04:00)

Məşhur aktyor dinini dəyişdi - İddialara cavab

Tamaşaçıların yadında daha çox “Erkençi kuş” serialı ilə qalan aktyor Can Yaman uzun müddət öncə Türkiyəni tərk edib, İtaliyaya köçmüşdü.

İlk günlər qadın fanatlarının əlindən rahatlıq tapmayan Can Yaman küçəyə polislərin müşaiyəti olmadan çıxa bilmirdi. Amma zaman keçdikcə aktyor yavaş-yavaş unuduldu. Lakin bu günlərdə sosial şəbəkələrdə yayılmış bir iddia onu yenidən yada salıb. Can Yamanın din dəyişdirərək, xisristianlığı qəbul etməsi barədə iddialar yayılıb.

Lent.az-ın xəbərinə görə, aktyor Kanal D-də yayımlanan maqazin proqramlarından birinə qoşularaq dinini dəyişib-dəyişməməsi barədə sualları cavablandırıb. Aktyor dini görüşlərinin yaradanla onun arasında bir məsələ olduğunu deyərək, bu işlərə fəlsəfi yanaşdığını, bəzi suallara cavab axtardığını bildirib. “Bütün yollar Tanrıya aparır. Hansı yolla getməyin önəmi yoxdur, məncə önəmli olan onu tapmaqdır. Mən hələ axtarışdayam”, deyə o bildirib.

# 32067
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar