Məşhur aktrisa bu FOTOSU  ilə pərəstişkarlarını TƏƏCCÜBLƏNDİRDİ
13 iyul 2024 13:24 (UTC +04:00)

Məşhur aktrisa bu FOTOSU ilə pərəstişkarlarını TƏƏCCÜBLƏNDİRDİ

Hollivud ulduzu görkəmi ilə pərəstişkarlarını heyran edib.

Məşhur Hollivud aktrisası, " Əsas instinkt” filminin ulduzu Şeron Stoun hobbisini nümayiş etdirmək üçün üstsüz görünüşü ilə çoxsaylı pərəstişkarlarını təəccübləndirib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ulduz “Instagram” səhifəsində maraqlı fotosunu yerləşdirib.

Hollivud ikonası rəsm çəkərkən sadəcə bir cüt mavi bikini altında çəkilmiş şəklini yayımlayıb. Şeronun sözlərinə görə, o, bədii ilhamla o qədər boğulmuşdu ki, hovuzdan çıxıb dərhal rəsm çəkməyə başlamalı idi: “Bəzən sadəcə hovuzdan rəsmə keçmək lazımdır”, - “Oskar” mükafatına namizəd olan aktrisa yazıb.

Stoun əvvəllər də əsərlərini nümayiş etdirib və bacarıqlı bir rəssamdır, lakin pərəstişkarları fotoda nümayiş olunan onun yaşa uyğun olmayan bədən quruluşundan daha çox təsirlənib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2586
avatar

Oxşar yazılar