Aktrisa Sonaxanım Əliyeva 4 ay içində 32 kilo çəki itirib.
Lent.az-ın xəbərinə görə, 107 kilodan 75 kiloya düşən aktrisa bunun üçün əməliyyat etdirmədiyini, endokrinoloq yardımı ilə arıqladığını bildirib.
“Endokrinoloqa getdim, dərmanlar yazıldı. Gündə mütləq şəkildə 2 saat təmiz havada gəzmək və həkimin tərtib etdiyi siyahı əsasında qidalanaraq arıqladım. Getdim qan analizləri verdim. İnsulin dirənci və xolestrin yüksəkliyi var idi. Dərmanlarımı içərək bu problemləri aradan qaldırdım. Arıqladım, qara ciyərimdəki piylənmə də getdi. Özümü çox yaxşı hiss edirəm”,- deyə o bildirib.