Müğənni Mənzurə Musayeva, aktyor Elmıəddin Cəfərov, Əməkdar artist Elza Seyidcahan
12 iyul 2021 09:18 (UTC +04:00)

Müğənni Mənzurə Musayeva, aktyor Elmıəddin Cəfərov, Əməkdar artist Elza Seyidcahan

Mənzurədən və Elzadan Elməddinə CAVAB: "Əxlaq baxımından..." - VİDEO

Əməkdar artist Elza Seyidcahan “Oğlum kimi alır alsın, müğənni almasın” fikirlərini söyləyən aktyor Elməddin Cəfərovun müdafiəsinə qalxıb. Lent.az-a açıqlama verən bəstəkar-müğənni bildirib ki, Elməddin bu fikirləri pis niyyətlə deməyib:

 “Elməddin deməyib ki, müğənnilər tərbiyəsizdir. O mənada deməyib. Sadəcə, müğənnilik sənəti çətin olduğuna görə deyib. Yəni əzab çəkirsən, evdə tapılmırsan, hər zaman mübarizədə olmalısan. Əxlaq baxımından demir. Bəzi insanlar hər söhbətdə özlərinə lazım olan götürürlər. Düşünürlər ki, yəqin əxlaqsızlığı deyir. Müğənnilik boş sənət deyil. Hakimlər, həkimlər və müğənnilər Allah tərəfindən seçilmiş insanlardırlar. Elməddin görür ki, necə çətin sənətdəyik. Ona görə də oğlunun müğənni qız almasına razı deyil”. 


Müğənni Mənzurə Musayeva da Lent.az-a açıqlama verərək, Elməddinin fikirləri ilə razı olub:

“Elməddin düz deyir. Müğənnilərin işi çox olur. Onlar bütün günü çəkilişlərdə olurlar. Həyat yoldaşlarına normal qulluq edə bilmirlər. Ona görə də Elməddin razı deyil ki, oğlu müğənni qız alsın. Qaldı ki, başqa mövzulara, pis insan hər bir sahədə var. Tək müğənnilər arasında yoxdur ki...”. 

Qeyd edək ki, E.Cəfərov Lent.az-a açıqlamasında bu sözləri demişdi:

“Oğlum xaricdə ali təhsil alır. Ona demişəm ki, xaricdə ailə qura bilmərsən. Söylədim ki, Nihad, birdən ağlına gələr, orada qalım, evlənim, qəti olmaz. Kimlə ailə qurmaq istəyərsə, qarışmaram. Azərbaycanlı xanımla evlənə bilər. Amma oğlumun müğənni qızla ailə qurmasına razı olmaram. İstəmirəm. İstərdim ki, gəlinim evdar olsun. Müğənni xanımlar işlə bağlı ora-bura qaçırlar, çətin olur". 

Müğənni Mənzurə Musayeva, aktyor Elmıəddin Cəfərov, Əməkdar artist Elza Seyidcahan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8757
avatar

Yalçın UĞUR

Oxşar yazılar