Məşhur müğənni Mehin Hümbətova haqqında yayılan saxta xəbərə reaksiya verib.
Lent.az xəbər verir ki, onun bu il "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcəyi haqqında məlumat yayılıb. Hətta Mehinin ifa edəcəyi mahnı da yayımlanıb.
"Uşaqlar, sakitləşin. Bu saxta xəbərdir. Hələ yazmısınız ki, mahnım da budur. Məni bu səslə necə təsəvvür edə bilərsiniz? Mən “autotune”lu qızlardanam sizin üçün? Təəssüf edirəm" deyə, Mehin bu sözləri “İnstagram” da hekayə bölməsində paylaşım edərək, məsələyə aydınlıq gətirib.