Əməkdar artist Könül Kərimova aktyor, əməkdar artist Coşqun Rəhimov və müğənni Xatun Əliyevadan inciyibmiş.
Lent.az-ın xəbərinə görə, bu barədə Coşqun və Xatun özləri qatıldıqları bir proqramda məlumat veriblər.
"Parodiya böyük bir sənətdir. Hansı müğənnini parodiya edirəmsə sevə-sevə edirəm. Bircə, Könül Kərimova irad bildirmişdi. Ondan sonra ona toxunmadıq. Deyir ki, nə pisimə, nə yaxşılığma edin, mənə toxunmayın ",- deyə Coşqun Rəhimov bildirib.
Verilişdə qonaq olan müğənni Xatun Əliyeva " Məndən də parodiyaya görə küsmüşdü" sözlərini əlavə edib.