“Keçmiş ərimin xanımı ilə bacı kimiyik” - Mətanət İsgəndərli
30 dekabr 2021 17:49 (UTC +04:00)

“Keçmiş ərimin xanımı ilə bacı kimiyik” - Mətanət İsgəndərli

“Həyat yoldaşım dünyasını dəyişəndə elə bildim dünya uçub, altında qalmışam. İlahi, o nə hissdir...”

Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “1 dəqiqə” verilişində keçmiş həyat yoldaşı haqda danışarkən deyib.

“Bilməzdim ki, onun üçün o qədər yanacağam. Deyirdim ki, ay Allah, bu halım keçəcək? Elə bilirdim ki, elə o halda qalacağam. Onun üçün o qədər yandım... İndi də yadıma düşəndə ağlayıram. Onu sevmişəm. Balalarımın atasıdır. Gözümü açıb onu görmüşəm”, - müğənni əlavə edib.

İsgəndərli mərhum həyat yoldaşının ikinci xanımı ilə münasibətlərindən də  danışıb: “İndi onun həyat yoldaşı ilə bacı kimiyik. Bir yerdə rəhmətlik yoldaşımın qəbri üstünə gedirik. Ona (mərhum həyat yoldaşını nəzərdə tutur - red.) nə aiddirsə, mənə əzizdir, doğmadır. Onun oğlu evimin ən əziz adamıdır. Onunla bir yerdə Moskvaya getmişdik. Bir də görürsən Kərimin (oğlu - red.) işi olur, mən onunla gedirəm. Bir otaqda yatırıq. Elə bilirəm ki, öz balamdır”.

# 5835
avatar

Yalçın UĞUR

Oxşar yazılar