Fevralın 2-də Los-Ancelesdə 67-ci illik "Qremmi"mükafatlandırma mərasimi keçirilib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, şou-biznesdəki ən əlamətdar musiqi hadisələrindən biri ən zəngin reper Kanye Uestin həyat yoldaşı Bianka Sensorla qeyri-adi görünüşü ilə çoxsaylı tamaşaçıların yaddaşında qalacaq.
Evli cütlük ictimaiyyəti şoka salmağı sevir. Amma bu dəfə daha irəli gediblər. Belə ki, iş adamı klassik tərzdə – tam qara geyinib. Həyat yoldaşı qırmızı xalçada qəhvəyi kürkdə görünüb. Lakin 30 yaşlı dizayner kürkünü çıxardıqdan sonra qonaqların və tamaşaçıların qarşısına alt paltarı olmayan tamamilə şəffaf ət rəngli libasda çıxıb.
Məlumata görə, cütlük mərasimə dəvətsiz gəlib.
Sensorinin açıq-saçıq görüntüsü polisi gözlənilməz ulduzları tədbirdən uzaqlaşdırmağa məcbur edib.
Hadisə mərasimin ən çox danışılan məqamlarından birinə çevrilib.
Lakin Uest davranışını əxlaqsız hesab etmir. Musiqiçi “Instagram” səhifəsində həyat yoldaşı ilə çəkdirdiyi silsilə fotoları yerləşdirərək, bu sözləri yazıb: “Sevgi hekayəsi”.