"İlk qonorarımı yemişəm" -  7 dildə  oxuyan müğənni - FOTO
28 mart 2023 17:44 (UTC +04:00)

"İlk qonorarımı yemişəm" - 7 dildə oxuyan müğənni - FOTO

Yeddi dildə mahnı oxuyan, 6 oktavalıq səs diapazonuna sahib qazaxıstanlı müğənni Dimaş Kudaibergen maraqlı açıqlamalar verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ifaçı sənəti ilə bağlı bir neçə məqama toxunub.

Dimaş 6 oktavadan ibarət ən nadir səs diapazonunun sahibidir. O, repertuarına daxil olan yeddi dildə - qazax, ingilis, rus, ispan, italyan, fransız və çin dillərində mahnılar ifa edir.

Onun sözlərinə görə, sənətçi kimi yetişməsində ən mühüm rollardan birini ailəsi oynayıb. Hətta müsahibəsində bildirib: “Əsasən, nənəm və babam məni böyüdüb, hər zaman dəstəkləyirlər. Atam və anam yaradıcılıq dünyasında mənim əsas bələdçilərimdir”. 

Dimaş qeyd edib ki, səsinin unikal olması üçün gündəlik məşqlər edir. Onun sözlərinə görə, hər şey imanın gücündən asılıdır:

“Bizim dünyamızda hər şey mümkündür. Hazırda Ceki Çanın filmləri üçün "soundtrack" yazmağa çox həvəsliyəm. Musiqi yazmaq üçün çox vaxt sərf olunur. Amma gələcəkdə bunun üçün hər şey edəcəyəm”.

28 yaşlı ifaçı aldığı ilk qonorarı haqqında da danışıb: “Uşaqlıqda ilk qonorarım "baursak" adlı yemək idi. Bu, çörək şəklində qazaxların milli yeməyidir. Ona görə də ilk qonorarı yemişəm".

Dimaş Kudaibergen səyyah kimi dünya turuna çıxıb. O, 20-dən çox ölkəyə səfər etməyi, xeyli sayda insan tanımağı planlaşdırır.


 

# 1602
avatar

Nigar Namiq

Oxşar yazılar

Al Paçino hamilə sevgilisindən  atalıq testi   tələb etdi

Al Paçino hamilə sevgilisindən atalıq testi tələb etdi

2 iyun 2023 , 12:31
Hülya Afşardan paparazzillərə MESAJ:  "Əziyyət çəkməsinlər"

Hülya Afşardan paparazzillərə MESAJ: "Əziyyət çəkməsinlər"

2 iyun 2023 , 12:10
Məşhur aktrisa  toyundan 3 ay sonra   ana oldu

Məşhur aktrisa toyundan 3 ay sonra ana oldu

2 iyun 2023 , 11:19
Serdar Ortac onlara “badımcan dodaq”  dedi

Serdar Ortac onlara “badımcan dodaq” dedi

2 iyun 2023 , 10:44
 Seksual təcavüzdə   ittiham olunan aktyor barədə QƏRAR

Seksual təcavüzdə ittiham olunan aktyor barədə QƏRAR

1 iyun 2023 , 18:34
Elza Seyidcahanı  təhqir   etdilər

Elza Seyidcahanı təhqir etdilər

1 iyun 2023 , 17:35
Kim Kardaşyanın yeni  sevgi macərası   başladı

Kim Kardaşyanın yeni sevgi macərası başladı

1 iyun 2023 , 17:11
Çelik Bakıya GƏLİR  - VİDEO

Çelik Bakıya GƏLİR - VİDEO

1 iyun 2023 , 16:54