İkinci dəfə ailə quran müğənnimiz: "Birinci həyat yoldaşımı sevirəm"
27 may 2021 09:53 (UTC +04:00)

İkinci dəfə ailə quran müğənnimiz: "Birinci həyat yoldaşımı sevirəm"

Müğənni İlqar Xəyal şəxsi həyatından danışıb. Lent.az xəbər verir ki, ikinci dəfə ailə quran ifaçı “Gün ortası” verilişində bildirib ki, hələ də birinci həyat yoldaşını sevir:


“İkinci dəfə ailə qurmuşam, amma birinci ailəmlə sıx təmasdayıq. Bir-birimizi sevir, çox hörmət bəsləyirik. Müəyyən problemlərimiz oldu, bizdən asılı olmayan səbəblərə görə ayrılmaq məcburiyyətində qaldıq. Amma iki-üç gündən bir danışır, ünsiyyətdə oluruq. Bir-birimizi “Səni sevirəm” sözü ilə mükafatlandırırıq.

Hazırda ailə qurduğum xanım da bilir ki, biz bir-birimizə hörmət edirik. Övladlarımızla əlaqədar söhbətlərimizə müdaxilə etmir. İnsandan ayrılmaq olar, amma bu o demək deyil ki, bir-birimizi əbədi tərk edirik. Hər zaman birlikdə övladlarımız üçün valideyn olacağıq. Mənə elə gəlir ki, ömrümüzün sonuna qədər bir-birimizə dərin məhəbbətlə yanaşacağıq.
Övladlarımın anasını çox sevirəm, baxmayaraq ki, bir-birimizdən ayrılmışıq. Hazırda yaşadığım xanıma da dərin məhəbbətlə yanaşıram. Onun bütün kaprizlərinə dözür, istəklərini həyata keçirirəm. Bizim maliyyə, psixoloji problemlərimiz oldu. Çünki keçmiş həyat yoldaşımın valideynləri dünyasını dəyişdi, uzun müddət depressiyada oldu. 
İnsanlar danışırdılar ki, mən ailəmi qoyub getmişəm. Halbuki o məndən istədi ki, müvəqqəti ayrılaq, bu isə üç-dörd il davam etdi. Gördüm, böyük bir depressiyaya düşmüşük, buna görə hansısa addımı atmaq lazımdır. Mən ikinci dəfə ailə qurdum. Sonra anladım ki, bir-birimizdən ayrılmaq çox çətindir. Ola bilsin, heç vaxt birlikdə olmayacağıq. Amma niyə də bir-birimizə qarşı hörmət etməyək, övladlarımız var”.

Müğənni İlqar Xəyal

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20430
avatar

Yalçın UĞUR

Oxşar yazılar