İbrahim Tatlısəs ağır əməliyyat olunacaq- Halallıq istədi
12 iyul 2024 13:39 (UTC +04:00)

İbrahim Tatlısəs ağır əməliyyat olunacaq- Halallıq istədi

 Türkiyəli müğənni İbrahim Tatlısəs dünən Harbiye Açıq Hava konsertində göz yaşlarına boğularaq ürəyindən əməliyyat olacağını deyib və səhnədə bağışlanmasını istəyib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Tatlısəs verdiyi konsertdə ürək qapağı əməliyyatı olacağını söyləyib, "Ürəyimin qapağı dəyişəcək, lütfən məni bağışlayın və dualarınızı əsirgəməyin" deyib. Duyğulu anlar yaşayan Tatlısəs bu zaman göz yaşlarına boğulub.

Maraqlıdır ki, konsertdə müğənninin uzun müddətdir küsülü olduğu oğlu Ahmet Tatlısəs də iştirak edib.
 Ahmet Tatlısəsin İbrahim Tatlısəsin Harbiye konsertinə getməsi hər kəsi təəccübləndirib.

İbrahim Tatlısəs bir müddət öncə oğlu barədə "Ahmet adam deyil, gününü görəcək!" demişdi. Buna cavab olaraq Ahmet Tatlısəslə atasının psixi vəziyyətinin qeyri-sabit olduğunu bildirmişdi. Qeyd edək ki, dünən Tatlısesin uzun illər sonra tapılmış qızı Dilan Çıtak da social şəbəkə hesabında atasından incik olduğunu bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4359
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar