"Həyatımdakı kişi pullu olmalıdır" -  Ayan Babakişiyeva
04 aprel 2022 11:39 (UTC +04:00)

"Həyatımdakı kişi pullu olmalıdır" - Ayan Babakişiyeva

Müğənni Ayan Babakişiyeva şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "MTV Mqazin"ə açıqlamasında bildirib ki, həyatına daxil olacağı insanın gəliri önəmlidir:

"Aylıq gəlir nədir? Günlük qazanc... Hər zaman demişəm və çəkinmirəm bu həyatda pul sənin gücündür, səsindir, statusundur və səviyyəndir. Kim deyrisə ki, pulum olmasa da, hüzurum olsun, yalan danışır. Məsələn, mənim başım ağrıyır, həkimə getməliyəm. Pulum yoxdursa, necə gedim?

Hər zaman deyirəm ki, ay Allah, pulum olsun. Əgər özümə xırda da olsa, bizneslər qurmuşamsa, ayaqda dura bilirəmsə, həyatımdakı insan da məndən yuxarıda olmalıdır. Mənə yük olmamalıdır. Əslində belə deyəndə qıcıqlanırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4242
avatar

Yalçın UĞUR

Oxşar yazılar