Həmişəkindən daha çox aşiqdirlər
16 iyul 2024 19:47 (UTC +04:00)

Həmişəkindən daha çox aşiqdirlər

Leonardo Di Kaprio və Vittoriya Çeretti "həmişəkindən daha çox aşiqdir". Cütlük Los-Ancelesdə romantik həftəsonu keçirib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onlar şənbə gecə Los-Ancelesdəki SoFi stadionunda keçirilən Rolling Stones konsertində də görüntüləniblər və burada sevgili cütlük kimi davranıblar. Hadisənin şahidi açıqlamasında deyib ki, Leo və Vittoria konsertdə həmişəkindən daha çox aşiq görünürdülər.

"Əvvəlcə onlar təmkinli davranıblar, Leo papaq və tünd paltarda demək olar ki, tanınmaz idi. Birlikdə spirtli içki içdilər, bir-birlərinin qulağına pıçıldadılar və bir-birlərinin yanından getmədilər - deyəsən yeddinci cənnətdədirlər. Onlar gülürdülər, məhəbbətlərini açıq şəkildə nümayiş etdirirdilər və sadəcə əylənirdilər”,  - şahid əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471
avatar

Oxşar yazılar